Sürücü qadını vuraraq qaçdı

Qadin

Bu gün səhər saatlarında Lənkəranda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Lənkəran Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Naməlum avtomaşın həmin kənd sakini ,1984-cü il təvəllüdlü Əliyeva Zülfiyyə Cavanşir qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hazırda Lənkəran şəhər polis şöbəsində faktla bağlı cinayət işi başlanıb. Qadını vurub sonra ağır yaralı halda köməksiz vəziyyətdə qoyub qaçan sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.