Sürücülərə xəbərdarlıq

XALQ.AZ xəbər verir ki, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq. Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, həmin ünvanlar vətəndaşların müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib.

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.


 

Orxan