“Şuşa dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək”

“Cənab Prezidentin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtının elan olunması bağlı imzaladığı sərəncam çox böyük tarixi əhəmiyyət daşıyır.

Çünki Şuşa  Azərbaycanın mədəniyyət, musiqi beşiyi olmaqla yanaşı, dövlətçiliyi baxımından da  strateji  hərbi-siyasi əhəmiyyətə malik bir şəhəridir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.


Millət vəkilinin sözlərinə görə, 28 illlik işğal nəticəsində Şuşadakı tarixi-mədəni və dini abidələr erməni vandalları tərəfindən məhv edilib.

“Bu müddət ərzində  Şuşanın işğal altında qalması və mədəni irsinin məhv edilməsi hamımızın ürəyini ağrıdırdı.  Məhz cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti və  komandanlığı altında  Azərbaycan incisi olan Şuşa  8 noyabr 2020-ci ildə rəşadətli ordumuz tərəfindən işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində ötən  ilin payızında  başlanan Vətən müharibəsinin gedişi zamanı  bəyan edirdi ki, Şuşasız  qələbə yarımçıq qələbədir. Ali Baş Komandan İlham Əliyevin  komandanlığı altında  Azərbaycan ordusu Şuşanı işğaldan azad etməklə düşməni ağır məğlubiyyətə  uğradaraq, diz çökdürən  dərhal sonra erməni işğlaçıları ağ bayraq qaldırmalı oldular. İndi isə ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilərək işğaldan azad olunan Şuşanın tarixi-mədəni irsinə və təbiətinə yenidən qurulmasına ciddi ehtiyac var”-  o qeyd edib.

Deputat əlavə edib ki,  ölkə başçısının göstərişi ilə işğaldan  azad olunan bütün ərazilərdə, o cümlədən Şuşada yenidən bərpa işlərinə başlanılıb və bu işlər sürətlə aparılmaqdadır: “Cənab Prezident və Birinci vitse-prezident Şuşada dövlət idarəetməsində bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyin təmin edilməsi daim diqqət mərkəzində olub. Bu məqsədlə cənab Prezident və Birinci vitse-prezident işğaldan sonra bir neçə dəfə Şuşa şəhərində olub və vəziyyətlə yerində tanış olub. Cənab Prezident Şuşanın  Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyər daşıdığından xüsusi qayğı və həssaslıqla yanaşılmasının zəruriliyini  nəzərə alaraq  belə mühüm sərəncam imzalayıb. Əminəm ki, cənab Prezidentin Şuşanın mədəniyyət paytaxtı elan etməsi Şuşanın sürətlə inkişafına və qısa zamanda dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsinə imkan yaradacaq.  İmzalanan sərəncam Şuşanın   təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın bir incisi olaraq yenidən öz əvvəlki tarixi görkəminin,  şöhrətinin özünə qaytarılmasında,  eləcə də çoxəsrlik zəngin Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunmasına öz töhfəsini verəcək. Biz tezliklə Şuşada beynəlxalq səviyyəli mədəniyyət, incəsənət, musiqi  festivallarının, toplantılarının, o cümlədən siyasi,  humanitar problemlərə həsr olunmuş tədbirlərinin keçirilməsinin şahidi olacağıq”.