Prezidentin və ailəsinin Şuşa səfəri əsil qəhrəmanlıq nümunəsidir

30 il müddətdə zəbt olunmuş torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılardan Azərbaycan ordusu tərəfindən azad edilərək yüksək qələbələrə əldə edilmişdir.

Bu qələbə misli görünməmiş tarixi qələbə sayılır.

Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bidirib.

Deputat qeyd edib ki,bu qələbə prezident İlham Əliyevin xalqın birliyi,həmrəyliyi və fədakarlığı nəticəsində əldə olunmuşdur.

Tarixdə belə bir deyim var:”Xalqına,ölkəsınə sədaqətlə xidmət edib onu yadellilərdən qoruyana tarixi sərkərdə deyilir”. Bu baxımdan Ali baş komandan İlham Əliyevin azad olunmuş torpaqlarda partlamamış sursatların təmizlənməsi işinin davam etdirilməsinə baxmayaraq,ailə üzvləri ilə birlikdə Füzuli rayonu və Şuşa şəhərinə səfər etməsi əsil qəhrəmanlıq nümunəsidir.

Səfər zamanı Füzuli rayonunda beynəlxalq hava limanının bünövrəsinin qoyulması hər iki rayonda dini məbəd və məscidləri ziyarət etməsi əsil sərkərdənin xalqının mənafeyinə sədaqətlə xidmətinin bariz nümunəsidir