Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb: “Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir”.