Təbib sədri qızına dəbdəbəli toy etdi

TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına toy edib.  Sədrin qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranların birində baş tutub.

Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksəkvəzifəli şəxslər qatılıblar.

Toyda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, müğənni Zamiq Hüseynov və digər sənətçilər, rəqs qrupları çıxış ediblər.