Təbii qaz yenidən bahalaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 313 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

2 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 312,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308,5 dollar) ilə müqayisədə 1,4% çoxdur.