“Təcili məsələ araşdırılmalıdır” –  Pərdəşünas

“Azərbaycanda kütləvi şəkildə “WhatsApp” hesabları bağlanır və bloka düşür”.

Bunu texnobloger Fərid Pərdəşünas deyib.

O, hesabları açmaq üçün kodların nömrəyə gəlmədiyini bildirib.

“Yəni iki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. “WhatsApp”la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır”, –  Pərdəşünas əlavə edib.