Təcili pul lazımdır?-Foto-Video

Biometrik texnologiya ilə kiçik həcmli kreditlərin alınması çox müsbət haldır

XALQ.AZ xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və bank olmayan kredit təşkilatı ” AzPul” MMC arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu ilə elektron imza sertifikatının verilməsinin həlli ilə bağlı müqavilə imzalanıb.
Müqaviləyə əsasən ” AzPul ” kiçik məbləğli kreditlər verilərkən vətəndaşlardan şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdirmək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik imza sertifikatı təqdim edicək.
Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə ehtiva edir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən onlayn formada aparmaq mümkündür.
Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Bu da istifadəçilərə operativlik qazandırır.
Ölkədə indiyədək fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından fərqli olaraq ” BOKT AzPul ” MMC müştərilərinə yüksək texnolo giyalara əsaslanan ani kreditlər təqdim edəcək.
Hazırda bu qurum tərəfindən təqdim olunan intensiv kredit məhsulları bütün dünyada populyardır. BOKT- nın təsisçisi analoji kredit məhsullarını ABŞ, Avropa, Asiya, Rusiya və MDB ölkələri də daxil olmaqla dünyanın 10 ölkəsində təqdim edir və əhatə dairəsini genişləndirir. Bu sistem ən çox İngiltərədə inkişaf edib.
Hesab edirik ki, bu səmərəli sistem Azərbaycanda da böyük uğurla öz tətbiqini tapacaq və populyar olacaq. Bu sistemin əsas üstünlüyü ondadır ki, insan səfərdə və ya ticarət obyektlərində olarkən bəzən görür ki, üstündə təsadüfən pul yoxdur. Ona isə böyük məbləğ gərək deyil, məsələn benzin, xırda təmir və ya qida məhsulu almaq lazımdır. Situasiyadan çıxış yolu kimi bu yolla kiçik həcmli kredit götürmək ola bilər. İnsan qapalı məkanlarda və ya yollarda quraşdırılmış avtomatlara yaxınlaşıb yalnız biometrik göstəricilərini təqdim etməklə 200 manata qədər girovsuz kredit götürə bilər. Təbii ki, sonradan bu krediti və müvafiq faizi ödəməlidir. Belə vəziyyət insanlar üçün böyük rahatlıq yaradır və şübhəsiz də çox sərfəlidir. Eyni zamanda bu sistemin ölkədə fəaliyyətə başlaması maliyyə sistemində yüzlərlə iş yerlərinin açılmasına səbəb olacaq.
Yuxarıda qeyd olunan pozitiv cəhətləri nəzərə alaraq bu yeni sistemin Azərbaycanda fəaliyyətə başlamasını çox məqsədəuyğun hesab edir, dərindən bəyənir və onun təşkilatçılarına böyük uğurlar arzulayırıq.