Təhsil naziri sektor müdirlərini təyin etdi

06

Xalq.az Modern.az-a istinadən xəbəbr verir ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılan sturuktur dəyişikliyi nəticəsində buradakı bəzi sektorlar ləğv edilib, digərlərinin adı dəyişdirilib. Eyni zamanda sektor müdirləri yeni şəxslərlə əvəz olunub. Ümumilikdə idarədə 10 sektor saxlanılıb.

 

Xatırladaq ki, bir müddət öncə Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar.
Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib.

Bu gün isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində sturuktur dəyişikliyi nəticəsində yaradılan sektorların müdirlərinin adları məlum olub.

BŞTİ-dən Modern.az saytına verilən məlumata görə, sektorlara aşağıdakı şəxslər rəhbərlik edəcəklər:

Məktəbdənkənar təhsil sektoru – Afiq Əzizov;
İnsan resursları sektoru – Rəşad Tağıyev;
Daxili nəzarət sektoru – Rövşən Abdullayev;
Maliyyə və mühasibatlıq sektoru – Elmira Mehdiyeva;
İnformasiya təminatı sektoru – Dürdanə Əhədova;
İctimaiyyətlə əlaqələr sektoru – Arzu Tairquliyeva;
Ümumi sektor – Sevinz Rəsulova;
Təsərrüfat sektoru – Pənah Səmədov;
Təminat və təchizat sektoru – Şahin İsgəndərov;

Yalnız Ümumi təhsil sektorunin rəhbərliyi boşdur və tezliklə bura da müdr təyin olunacağı qeyd olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılan yeni kadr təyinatlarının məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarət olduğu bildirilib.