“Təhsil nazirliyi doğru yanaşma və təklif ortaya qoymur” Deputat

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki təhsil nazirliyi o diplomları təsdiq etmir.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev  deyib.
Deputat qeyd edib ki,  deyirlər qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar Institutu ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb.
Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yeirndə hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki. Bunlar məhv oldu ki.
O lisenziyanı kim verib, dövlət, diplomu kim verib, dövlət, kim şərait yaradıb dövlət. Əizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və təhsil nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür deyə Razi Nurullayev qeyd edib.
 Millət vəkili çıxışda bildirib ki, nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər.
Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər kabineti bu məsələni həll edərdi məncə, təhsil nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm deyə deputat bildirb.