Təhsil Şöbələrinin sexlərlə gizli anlaşması

 

9

Saxta məktəbli formaları zorla satdırılır

 

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu isə yeni tədris ilinə hazırlıq işləri ilə bağlı həm də mövcud problemləri də yenidən gündəmə gətirib. Həmin problemlərdən biri isə məktəblərdə rayon təhsil şöbələrinin müdirləri tərəfindən sözün əsl mənasında bazar açılmasıdır. Bununla bağlı XALQ.AZ-ın elektron ünvanına bir sıra rayonlardan daxil olan şikayətlərdə bildirilir ki, artıq RTŞ müdirləri məktəb direktorlarına məktəbli formalarının məcburi qaydada satışıyla bağlı göstəriş veriblər: “Məlum olduğu kimi, şagirdləri vahid məktəbli formaları ilə bakı Tikiş Evi təmin etməlidir və hər bir valideyn həmin malları bəlli satış məntəqələrindən almaqda sərbəst olmalıdır. Amma indi RTŞ müdirləri özlərinə yaxın, fəaliyyət sferası bəlli olmayan gizli sexlərlə anlaşaraq onlara məktəbli formaları sifariş verir. Sonradan isə həmin mallar məktəblərdə məcburi qaydada satdırılır”.

Qeyd edək ki, bununla bağlı əməkdaşlarımız  geniş araşdırma aparıb. Həmin araşdırma zamanı  məlum olub ki, Sumqayıt , Gəncə və Mingəçevir ,həmçinin Goranboy, Yevlax, Gədəbəy, Beylaqan, Ismayıllı və Oğuz rayonlarında  bu proses davam edir. Valideynlər məcbüriən məktəb direktorlarının tapşırığına əsasən uşaqları üçün məktəbli güyimi alırlar.

Qarşı tərəfinəd mövqeyini dərc etməyə hazırıq