Tələbə damarını doğradı

Telebe

Ötən gün 23:45 radələrində Zaqatalada tələbə damarlarını doğrayıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Talalar kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Muxtar Sabir oğlu Mustafayev qan içində yaxınları tərəfindən tapılıb. Araşdırmalar zamanı müəyyən olub ki, Muxtar Mustafayev sol qolunun bilək nahiyəsini doğrayıb. Ağır vəziyyətdə xəstəxanaya daxil olna gəncin həyatı həkimlərin səyi nəticəsində xilas olunub.

Qeyd edək ki, Muxtar Mustafayev “Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci”nin 4-cü kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.