Tərtərdə partlayış olub, yaralanan var

29
Tərtər rayonunda partlayış olub.

 

XALQ.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Köçərli kəndində qeydə alınıb. Kənd sakini Sərfinaz Hüseynovanın həyətində qaz balonunun sızmasından ani partlayış baş verib.

 

Nəticədə, S.Hüseynova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.