“Təsir dairəsi”ndə gərgin anlar

Şair Anar Vəziroğlu və aktrisa Sonaxanım Əliyeva arasında canlı efirdə qalmaqal yaşanıb. 

“Təsir dairəsi” ictimai-sosial verilişində ekspert qismində iştirak edən tərəflərin mübahisəsinə səbəb aktrisanın sözügedən proqrama pənah gətirən bir qadının sərt şəkildə analığını tənqid etməsi olub.

A.Vəziroğlu proqramın ilk dəqiqələrində S.Əliyevanı hədəf alaraq, onu qəzəbləndirəcək ittihamlar irəli sürüb:

“Sən Sonaxanım heç zaman mənim üçün nümunə ola bilməzsən. Sənin anana və qardaşına qoyduğun dağı heç kim heç kimə qoymayıb. Sənin qardaşın bu verilişə gəldi. Mən bu verilişdə idim. Gördüm sənin aqibətini. Sən çoxlu qışqıra bilərsən. Amma mənim yanımda sən heç kimsən və sözünü də deyə bilməzsən.

Camaat efirdən sizə baxır, ayıbdır. Sən heç kimi bəyənmirsən. Sən doğma insanını çərlədib, öldürdün. Sən doğma qardaşını məhv elədin. Gəlib Lalə Azərtaşın yanına 5000 manata görə, qardaşından 10.000 pul istədin. Sən həmin adamsan. Artıq-əskik danışma. Bitdi”.

Şairin bu sözlərinə isə aktrisa hiddətlənərək, “od püskürüb”:

“Məni məhkəməyə qardaşım verib yoxsa mən vermişəm? Az ilişin mənə. Gedin öz ailənizdə nə baş verirsə, ondan danışın. Cavabınızı verərəm, “beş də artıq”. Siz mənimlə sənlə danışa bilməzsiniz. Sən yox siz. Siz mənim səviyyəm deyilsiniz, ola da bilmərsiniz. Əsəbləşin, qoy sifətin daha da qızarsın. Bəsdirin məni müzakirəyə çıxartdınız. Yetər artıq. Biri övladımı ağzına alır danışır. Nə zamana qədər bunları edəcəksiniz? Kim sizə ixtiyar verib ki, övladımın adını ağzınıza alasınız? Bəsdirin, yığışdırın özünüzü”.

Proqramın gedişatında A.Vəziroğlu ilə S.Əliyeva arasında gərginlik pik həddə çatıb.

” Sən ağzını yumub, sakit oturana qədər ailənin və qızının adını heç kim çəkməyəcək. Otur yerində, ağzını da yum! Özünə aid olmayan məsələləri camaata aid etmə. Camaatın üstünə getmə, qışqırma. Sənin balan sənə əzizdir, lap yaxşı. Amma sənin kiminsə analığını və kiminsə övladını tənqid etməyə haqqın yoxdur. Qurtardi getdi…”, – deyə A.Vəziroğlu fikirlərini qarşı tərəfə ifadə edib.

Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik:

 

 

bizim.media