Təyyarə qəzasında 5 nəfər öldü

Teyyare

Meksikanın Sinaloa ştatında kiçik mühərrikli təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.

XALQ.AZ-ın məlumatına görə, təyyarə Quasave şəhəri yaxınlığında qalxdığı yerdən bir az aralıda yerə düşərək yanıb.

İlkin məlumatlara görə, təyyarədə texniki problem yaranıb. Cəsədlərin yanaraq tanınmaz hala düşdüyündən yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişinlərin şəxsiyyətlərini müəyyən etməkdə çətinlik çəkir.

Sinaloa ştat prokurorluğu təyyarənin içində olmuş beş nəfər sərnişinin öldüyünü təsdiqləyib.