Təyyarədə sekslə məşğul olarkən yaxalandı

Sex

20 yaşlı qız sərxoş halda ilk dəfə gördüyü kişini yoldan çıxarıb

20 yaşlı ingilis qız təyyarədə ilk dəfə qarşılaşdığı kişi ilə tualetdə sekslə məşğul olarkən yaxalanıb. XALQ.AZ «Daily Mail» qəzetinə istinadən xəbər verir ki, hadisə Las Veqasa uçuş zamanı baş verib.

Sərxoş olduğu məlum olan gənc qadın yanındakı ilk dəfə gördüyü kişini yoldan çıxararaq, onunla tualetə girib. Təyyarənin eniş əsnasında sərnişinlərin yerində olub-olmadığını yoxlayan ekipaj üzvləri iki nəfərin yerində olmadığını öyrəniblər. Onları axtararkən tualetdən gələn səslərdən yerlərini müəyyənləşdiriblər.

ABŞ polisi hər iki şəxsin şübhəli qismində saxlayıb. Səbəb isə terror aktına cəhd şübhəsi ilə bağlı olub. Lakin məsələ aydınlaşdıqdan sonra tərəflər sərbəst buraxılıb.