Tac zülfünün zinətidir

Tac zülfünün zinətidir,

Zülfün tacə camal qatar.

Ruzigarın həsrətidir

İsmətin müşərrəf qılar.

Bilgeys görcək vəslətini,

Səltənətin viran qoyar.

Bərq eyləyən nəzərini

Ay özündən arı sanar

İmtahan, naz-ədasıdır

Gülün də, tikanına sabiri var

Zövc-zövcünün libasıdır,

Bunda rəhmanın təqdiri var.

Tağıyev Murad