Tahir Mirkişili seçicilərlə görüşdü

Sumqayıt şəhərində seçicilərlə görüşümüz oldu.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili XALQ.AZ-a bildirib.

Millət vəkili qeyd edib ki, görüşdə seçiciləri maraqlandıran, narahat edən məsələlərin həlli üçün həm yerində tədbirlər görüldü, həm digər dövlət orqanlarına müraciət ediləcəyi qərar alındı.

Vətəndaşlara yeni qəbul edilmiş qanunvericilik aktları ilə də bağlı müvafiq məlumatlar verildi.