media-ttt

“Unicapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi və “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib.

 

media-95

“Unicapital İnvestisiya Şirkəti” Müşahidə şurasının sədri Tahir Qəribov.

Bu barədə  XALQ.AZ-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.

media-eldar

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” rəhbəri Qəribov Tahirdir. “Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın   Müşahidə şurasının sədri  Eldar Qəribovundur.


media-ads728x90

Bənzər xəbərlər