Tamam Cəfərova seçicilərlə onlayn görüş keçirdi

Milli Məclisin deputatı Tamam Cəfərova növbəti dəfə seçicilərlə onlayn formatda qəbul keçirib.

Millət vəkili bildirib ki, qəbul zamanı vətəndaşların qaldırdığı məsələlər əsasən məşğulluq, elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı sosial yardım, zəlzələdən zərər çəkmiş evlərin bərpası, təhsil haqqının ödənməsində yaranan çətinliklər, yol infrastrukturunun yenidən qurulması və s. sahələri əhatə etmişdir.

Vətəndaşların müraciətləri qeydə alınmış, qaldırılan məsələlər ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilmişdir.