Tanınmış aktyor səfir oldu

45
Hollivud aktyoru Leonardo Di Kaprio BMT-nin planetin iqlim məsələləri üzrə səfiri təyin edilib. XALQ.AZ-ın məlumatına görə, bu barədə təşkilatının baş katibi Pan Gi Mun açıqlama verib.
“Cənab Di Kaprio – ətraf mühitin müdafiəsi hərəkatında etimad bəslənən bir səsdir. Onun vədlərini gücləndirəcək çox böyük bir platforması var” – deyib Pan Gi Mun. BMT baş katibinin sözlərinə görə, 39 yaşlı Di Kaprio sentyabrın 23-də, Nyu-Yorkda, BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcək.
Ötən ilin oktyabrında məşhur aktyor Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fonduna 3 milyon dollar köçürüb. O, hələ 1998-ci ildə təbiəti müdafiə fəaliyyətinə qrantlar ayırmaq üçün öz adına fond təsis edib.