Tanınmış aktyoru vəfat etdi

Aktyor Kartal Tibet vəfat edib.

XALQ.AZ  xəbər verir ki, Türkiyənin əfsanəvi aktyoru, ssenarist və rejissoru Kartel Tibetin ölüm xəbərini aktyor Civan Canova sosial şəbəkədə paylaşıb. O, mərhumun fotosunu paylaşaraq “Gülə-gülə Kartal qardaşım, sənin üçün çox darıxacağam” sözlərini yazıb.

83 yaşında dünyasını dəyişən aktyorun ölüm xəbəri Türkiyə mediasında “Türkiyəni yasa boğan ölüm” başlığı altında təqdim olunub.

Kartal Tibet kino sahəsinə “Karaoğlan” filmi ilə ilk addımlarını atıb. “Boş çərçivə”, “Zanbaqlar açarkən”, “Tosun Paşa”, “Çalıquşu”, “İnsan bir dəfə ölür”, “Son hıçqırıq”, “Tarkan”, “Doktor Civanım” kimi bir çox ekran işlərində yer alıb. Bir zamanlar türk kinosunun ən yaraşıqlı aktyoru hesab edilən Kartal Tibet Türkan Şoray, Fatma Gedik, Filiz Akın kimi məşhurlarla onlarla filmdə çəkilib.