Tanınmış aparıcı toya hazırlaşır

 

49

TV-dən ayrılan aparıcı Nanə Ağamalıyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır.

Tele-aparıcının Türkiyədə toya hazırlaşdığı deyilir. Bu barədə adının açıqlanmasını istəməyən Nanənin keçmiş iş yoldaşı məlumat verib: ” Bəli Nanənin həyatında biri var. Nanə toya hazırlaşır. O da nəhayət ki, ailə həyatı quracaq”.

Qeyd edək ki, aparıcı Türkiyəyə hansısa layihə üçün getdiyini və geri dönəcəyini bildirsə də, hələki Vətənə qayıtmayıb. Hətta aparıcının Türkiyəyə təməlli daşındığını da deyirlər.