Tanınmış bloqer cütlük təpədən yıxılıb öldü

Evli cütlük 240 metr yüksəklikdən yıxılaraq ölüb.

XALQ.AZ xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı “Yosemite National Park”da ölüm hadisəsi baş verib.

Səyahət üzrə bloqer kimi fəaliyyət göstərən cütlük-Vishnu Viswanath (29 yaş) və Meenakshi Moorthy (30 yaş), Taft zirvəsindən yıxılıb ölüblər.

Hadisə oktyabrın 24-ü baş verib. Zirvədə tərk edilmiş kamera görən turistlər həmin ərazinin işçilərinə bu barədə xəbər veriblər.

Araşdırmalar nəticəsində məlum olub ki, cütlük 240 metr yüksəklikdən yıxılıb. Onların cəsədləri tapılıb.

Qeyd edək ki, Hindistan vətəndaşı olan cütlük ABŞ-da yaşayıb və onlar Instagram-da “Holidays and Happily Ever Afters” səhifəsini idarə ediblər. Cütlük paylaşımlarının birində “sadəcə bir fotoya görə dəyər” sözlərini yazmışdılar.

Tanınmış bloqer cütlük təpədən yıxılıb öldü - FOTO

 

Orxan