Tanınmış hüquqşunas təkliflə çıxış etdi

Tanınmış hüquqşunas Elnur Abbaszadə vacib təkliflə çıxış edib.

Elnur Abbaszadə XALQ.AZ-a bildirib ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə dəyişiklik edilməsi vacibdir.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan dövləti tərəfindən məhkum edilmiş hər bir şəxsə hər ay üçün 170-200 manat civarında vəsait xərclənir. Düşünürəm ki, CM-də elə maddələr var ki, həmin maddələri azadlıqdan mərhum etməklə deyil başqa cəza növləri ilə əvəz etsələr dövlət büdcəsinə faydalı ola bilər. Misal üçün 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ən azı 1 il azadlıqdan mərhum edilməklə dövlət tərəfindən onun saxlanılması üçün 1 ilə 2400 manat vəsait xərclənir, bu dövlət büdcəsinə xeyli miqdarda ziyan deməkdir və eyni zamanda zərər çəkmiş şəxsə dəymiş olan maddi ziyanın bir il gözləməsi, bir ildən sonra mülki, qaydada onu tələb etməsi çoxlu vaxt itkisidir. Fikirim ondan ibarətdir ki, bu silsilədən olan cinayətləri dövlət başqa bir cəza növü ilə əvəzləşdirməklə həm dövlət büdcəsinə xeyir verər həmdə maddi zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilər. Misal üçün əmlakı tamamilə dövlət mülkiyyətində olan müəssisə yaratmaqla CM-nin bu silsilədən olan maddələri ilə təqsrləndirilən şəxslər həmin yaradılmış dövlət müəssisələrində məcburi əməyə cəlb edilməklə həm maddi zərərçəkmiş şəxsin vəsaitinin geri qaytarılmasında, həmdə dövlət nəfinə pul keçirməklə xeyirli ola bilər. Dövlət müəsəsi cəzalandırılmış şəxsə ayırdığı məvacibi hər ay zərərçəkmiş şəxsə ödəməklə həm həmin şəxsə həmdə istehsalat sahəsinə böyük töhvə verə bilər. Və yaxudda Xüsusi Komendaturalarda müasir standartlara cavab verən şərait yaratmaqla sahibkarlarla komendatura arasında müvafiq müqavilə bağlamaq şərti ilə muzdlu işə cəlb etmək mümkün olar.