Tanınmış müğənni Putindən pasport istədi

48

 

Ukrayna və SSRİ Xalq artisti Sofiya Rotaru geniş müsahibə verib. 
Ukraynada doğulan 67 yaşlı moldovan əsilli Sofiya Rotaru bu ölkənin müstəqillik günündə İnstaqram səhifəsində oğlu Ruslanla birlikdə dövlət bayrağına bürünərək, “Yaşasın Ukrayna!” şərhli şəkili paylaşıb. Bundan sonra SSRİ-nin xalq artistinin Rusiyanın üç şəhərində planlaşdırdığı konsertinə qadağa qoyulub. Məsələyə münasibət bildirən Rotaru bu cür yanaşmaya görə təəssüfləndiyini bildirib.
Siyasətdən daim uzaq olduğunu xatırladan məşhur sovet müğənnisi bildirib ki, əslində Ukrayna və Rusiya arasında baş verən hadisələr onu olduqca üzür. Qeyd edək ki, Rotaru uzun illər Krımda yaşayıb və yarımadanın anneksiyasından sonra onun Rusiyaya qarşı etiraz etməsi barədə xəbərlər yayılıb. Bu məqama da toxunan Rotaru xatırladıb ki, onun belə niyyəti olmayıb və Rusiya jurnalistləri onun fikirlərini təhrif edib. Əlavə edib ki, fransalı aktyor Jerar Departye kimi Putin ona da Rusiya pasportu hədiyyə edərsə, məmnuniyyətlə götürər.
Rotaru sonda diqqətə çatırıb ki, o, SSRİ müğənnisidir və bu arealda yaşayan hər pərəstişkarı onun üçün əzizdir.

Axar.az