Tanınmış şəxs işdən çıxıb Bakıdan getdi
Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan Milli Konservatoriyasındakı işindən ayrılıb.
XALQ.AZ məlumat verir ki, xanəndə bu barədə “Evdəkilərə salam” verilişində danışıb.
“Qərar verdim ki, Xankəndiyə gedim. Hamı təəccübləndi və soruşdular ki, Bakıda universitetdə dərs deyirsən, bu qədər işin var, hər şeyi atırsan? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram”.