Tanınmış teleaparıcı dəm qazından boğuldu

Tanınmış azərbaycanlı teleaparıcı Şamil Familli vəfat edib.

XALQ.AZ xəbər verir ki, bu barədə mərhumun ailəsindən bildirilib.

 
Ailəsinin sözlərinə görə, Şamil dəm qazından boğulub. 

Qeyd edək ki, Ş.Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi. Ailə həyatı qurmayıb.