Tanışını bıçaqlayan paytaxt sakini tutuldu

Bicaq-2

Binəqədi polisi yaxın tanışını bıçaqlayan şəxsin qolunu qandallayıb.

XALQ.AZ-ın məlumatına görə, 48 yaşlı paytaxt sakini Ədalət Qasımov, tanışı 50 yaşlı İxtiyar Abdurrəhmanovla görüşən Ədalət daha sonra onunla mübahisə edib.

Sonu davaya çevirilən mübahisə zamanı tanışı Ədalət tanışına bıçaqla xəsarət yetirib. Bu azmış kimi o, hadisə yerindən də yayınıb. Yaralıya isə ətrafdakı insanlar köməklik edib. Məsuliyyətdən yayınmağa çalışan Ədaləti Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları həbs edərək ədalətli cəza alması üçün istintaqa təhvil veriblər.

Saxlanılan şəxs isə mübahisənin zərərçəkən tərəfindən başlanıldığını iddia etdi.

Faktla bağlı polis idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.