Tarif Şurasının Qərarı-Suyun qiyməti qalxdı

Azərbaycanda suyun qiyməti qalxıb

XALQ.AZ xəbər verir ki, Tarif Şurası “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifini ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edib.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.