Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi.

 

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Erməni vandallarıının törətdikləri vəhşiliklər nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bütün bu vandalizm qarşısında susur. Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olan beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edirlər.
Laçının işğaldan azad olunması mühüm tarixi hadisədir: “Artıq, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarında qürurla yaşayır.Cənab Prezident İlham Əliyevin dediyi kimi “ Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”. Azərbaycan xalqı xoşbəxt günlər yaşayır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz işğaldan azad olunan bütün ərazilərdə davamlı quruculuq işlərinin həyata keçirildiyini görürük. Bu quruculuq işlərinin fonunda dirçələn tarixi torpaqları və reallıqları görürük”.
Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 26 avqust-Laçın şəhər günü münasibətilə Həkəri çayının sahilində təşkil olunan bayram tədbirlərini hər bir azərbaycanlı qürur və fərəh hissi ilə izlədi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilib. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdü. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Azərbaycanın Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yoluhdayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları – civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik”.

Nəsimi rayon İctimai Şuranın üzvü
Hacıyeva Gülnarə