Tatarıstan Rusiyadan bir addım da uzaqlaşır (FOTO)

T-1

Tatarıstan Rusiyada yeganə respublikadır ki, rəhbəri prezident adlandırılır.

XALQ.AZ-ın məlumatına görə, Tatarıstanda parlament seçkilərindən sonra Dövlət Şurası “prezident” sözünü konstitusiyadan çıxarmağı planlaşdırır.

“Prezident” sözünün başqa sözlə əvəzlənməsi üçün sentyabr ayında regional referendumun keçirilməsi də nəzərdə tutulur.

Bundan başqa tatarlar Dövlət Şurasına təkliflər də göndərirlər. Əksəriyyət “prezident” sözünün “Babay” (Baba) sözü ilə əvəzlənməsini istəyir. Məsələn, “Tatarıstan prezidenti”nin əvəzinə, “Tatarıstan babayı” deyilə bilər.

Qeyd edək ki, bu ilin əvvəlində Yakutiya və Başqırdıstanda “prezident” sözü “başlığı” (Başçı – deməkdir) sözü ilə əvəz olunub.

T-1

T-2

T-3

T-4

T-6

T-5

T-7

T-8

T-9

T-99