“TCT” OOO Fonda 10 min yardım etdi

Prezident İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa Rusiyada fəaliyyət göstərən “TCT” OOO şirkəti də qoşulub.


XALQ.AZ xəbər verir ki, şirkət Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış  Koronavirusla Mübarizəyə Dəstək Fonduna şirkətin sahibi Qəhrəmanov Rüfət Məmməd oğlu Koronovirusla Mübarizəyə dəstək fonduna 10000 min manat iane edib.

Sözügedən şirkət Rusiya Federasiyasında gömrük, daşınma, logistikayla məşğuldur.