Tehran hava limanı fəaliyyətini dayandırdı

Aramsız qar yağması nəticəsində Tehranın Mehrabad hava limanında bütün reyslər təxirə salınıb.

XALQ.AZ xəbər verir ki, hava limanı administrasiyasının məlumatına görə, uçuş zolaqlarının qardan təmizlənməsi işi davam etdirilir. Lakin qarın aramsız yağması təmizlik işlərinə mane olur.
xəbər

Qeyd edək ki, Mehrabad Tehranın 2-ci böyük hava limanıdır. Bu aeroportdan daxili reyslər həyata keçirilir. Tehranın İmam Xomeyni beynəlxalq hava limanı isə fəaliyyətini davam etdirir.

Güclü qar Tehranda yolların bağlanmasına və məktəblərdə tədrisin 2 günlük dayandırılmasına səbəb olub.