Telejurnalist SOCAR-da rəis müşaviri təyin olunub

ATV telekanalından işdən çıxan telejurnalist Səbuhi Turançı yeni vəzifəyə təyinat alıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə onun özü bildirib:

“Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı telejurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram”.

S.Turançı deyib ki, bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq çalışacaq.