Temperatur 5-10 dərəcə azalcaq

Yagis

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən şimal-şərq rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq
Sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu sentyabrın 29-30-da ötən günlərlə müqayisədə kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı düşəcək.