ADY-nin ödəmə terminalında problem – Sərnişinlərin ödədikləri pullar hara gedir? – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ödəmə terminalında problem yaranıb.

Elektrik qatarından gündəlik istifadə edən vətəndaşlardan biri dünən saat 19:19 radələrində ADY-ə məxsus ödəniş terminalından öz kartına 5 AZN vəsait köçürüb.

Terminalda ödənişin qəbul olunduğu və pulun hesaba köçdüyü göstərilsə də bir dəqiqə sonra əksi müşahidə edilib.

Belə ki, vətəndaş kartını ödəmə terminalına yaxınlaşdırdıqda hesaba heç bir vəsaitin köçmədiyi məlum olub.
Qeyd edək ki, məlum hadisə ötən gün Novxanı stansiyasında qeydə alınıb. Vətəndaş yaranmış problemlə bağlı stansiyanın məsul şəxsinə müraciət etsə də problem həll olmayıb.

Üstəlik ona deyilib ki, belə hallar tez-tez baş verir. Bildirilib ki, ödəmə terminalı sərnişindən əvvəlki şəxsin kartının şifrəsini yadda saxlayıb. Sərnişin kartı terminala yerləşdirdikdə qurğu yeni kartın deyil ondan əvvəlki kartın məlumatlarını yadda saxlayıb. Bununla da sərnişinin terminala ödədiyi 5 manat öz kartına deyil əvvəlki sərnişinin kartına köçüb. Problemin aradan qaldırılacağı və pulun balansa oturulacağı bildirilsə də məsələ hələ də həllini tapmayıb.

 

 

BAKU.WS