Terrorçu həbs edildi-Fotolar

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.

XALQ.AZ  Türkiyə mətbuatına  istinadən xəbər verir ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.

Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

“İstanbulu yeni il gecəsi qana bulayan tutuldu -  Video + Yenilənib

 

 

Reina saldırganı İstanbul`da yakalandı! – İlk görüntüler – Son Dakika