Terrorçular yenə qan tökdü: 21 ölü

Terror

Nigeriyada terrorçu qruplaşma kimi fəaliyyət göstərən “Boko Haram” yenə qan töküb.

XALQ.AZ-ın məlumatına görə, Nigeriyanın çimal-şərqində yerləşən Borno əyalətində hücum həyata keçirib. Silahlılar xristianların sıxlıq təşkil etdiyi Şafffa və Şindiffu şəhərlərində qarşılarına çıxan evlərə atəş açıblar. Haidsə şahidlərinin “Anadolu Agentliyini”nə verdikləri açıqlamada, terrorçuların açdığı atəş nəticəsində 21 nəfər dünyasını dəyişib.

“Boko Haram” silahlıları şəhərdəki kilsələrdən bəzilərinə atəş açaraq zərər veriblər.

Qeyd edək ki, Nigeriyanın şimal-şərq bölgəsində terrorçuların hhücumu səbəbilə təxminən 6 milyon insane öz ev-eşiyindən didərgin düşüb.