“Titanik”dəki çılpaq səhnənin sirri açıldı

Titanik

Məşhur britaniyalı aktrisa Keyt Uinslet “Titanik” filmindəki ən qalmaqallı səhnələrdən birindən bəhs edib.

K.Uinsletin oynadığı Rouz obrazı həmin səhnədə divana uzanaraq Cek Dousona (Leonardo Di Kaprio) lüt pozalar vermişdi.

Olaydan 17 il sonra Keyt Uinslet deyib: “Aradan bu qədər illər ötüb, amma həmin səhnəyə görə hələ də utanıram. Mənə o səhnənin fotolarını gətirib imzalamağı istəyəndə az qalıram ağlayam. Çox utanıram. Yanlış qərar idi o səhnəyə çəkilmək”