Tom Kruzun yeni sevgisini tapıb (FOTO)

Tom-1

Hollivud ulduzu, yaraşıqlı aktyor Tom Kruz hər kəsi təccübləndirib.

Xalq.az-ın məlumatına görə, sənətçinin qadın pərəstişkarlarını məyus edən xəbər yayılıb. Xarici mediada 51 yaşlı Tom Kruzun yeni sevgili tapdığı barədə məlumatlar paylaşılıb. Bir müddət əvvəl həyat yoldaşı Keyt Holms ilə yollarını ayıran aktyor 34 yaşlı Loron Prepon ilə görüşməyə başlayıb.

Cütlük hələ ki, münasibətlərini açıq şəkildə bildirməsələr də media nümayəndələri onları tez-tez birlikdə görürlər.

Tom Kruzun yeni seçdiyi xanımı hər kəs bir neçə serialda yaratdığı obrazı ilə tanımağa başlayıb. Keti Xolms bu günə qədər “Həkim Haus”, “Sizin ananız ilə necə qarşılaşdım” teleseriallarından daha çox sevilib. Daha sonra isə “Möhsümün çəhrayı hiti” adlı filmdə qadın həbsxanasında çəkilən obrazlarda lesbian qızı canlandırıb.

Cütlüyün yaxın dostlarından olan insanlar müxbirlər ilə söhbət zamanı bildiriblər ki, Tom və Loronun münasibətləri ciddiliyə doğru gedir.

Tom