Torpaq sürüşməsindən sağ çıxan olmadı

Torpaq

Əfqanıstanda faciəvi torpaq sürüşməsindən sonra sağ qalanların qurtuluşuna dair ümidlər azalıb.

Xalq.az-ın məlumatına görə, Bədəxşan vilayətində axtarış əməliyyatları nəticəsində cəmi iki cəsədin tapılmasına nail olunub. Yüzlərlə insan tonlarla palçıq və daş altında qalıb.

Cümə günü baş verən təbii fəlakət 4 min insanı didərgin salıb. Ölənlərin sayının 2700 nəfərə qədər olacağı təxmin edilir. Çoxsaylı insan itkindir.

ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Ban Gi Mun fəlakət qurbanlarının ailələrinə başsağlığı və yardımlara söz verib.