Tovuzda qardaş qardaşın qanını tökdü

Bicaq

Ötən gün Tovuz rayonunda qardaş doğma qardaşını qanına qəltan edib.

Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Əyyublu kəndində baş verib.

Belə ki, Şahin Yusifov münaqişə zəminində qardaşı Ürfətə bıçaqla xəsarət yetirib.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Yusifov tutulub.

Faktla bağlı araşdırma aparılır.