Toyda maska və əlcəklərdən istifadə məcburidir

Xəbər verdiyimiz kimi iyulun 1-dən Azərbaycanda toylara icazə verilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı müvafiq qərarda Nazirlər Kabineti dəyişiklik edib.

Qərarda qeyd olunub ki, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur;

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;