Toyda şabaş almıram

1

 

 

Müğənni İzzət Bağırov toylarda şabaş almır.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinə açıqlama verib:

“Toyda kimsə gəlib mahnı sifariş edəndə oxuyuram. Amma heç vaxt şabaş almıram. Bunu mənə vermələrinə şərait də yaratmıram. Çünki toyda qonorarımı verirlər. Əlavə pul niyə alım ki?”