Toydan çıxan kişini maşın vurub öldürdü

Toy

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

“Mercedes” markalı 90 KC 452 dövlət nömrə nişanlı avtomobil piyada 46 yaşlı Yura Məmmədovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, piyada sərxoş olub və yaxınlıqdakı restoranlardan birində toydan çıxıbmış. Lakin “Mercedes”in də yüksək sürətlə idarə edildiyi bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.