Toydan sonra təzə gəlini

63

Sevilin 18 yaşı təzə tamam olmuşdu. O, supermarketdə satıcı işləyirdi. Bir gün o, həm iş yoldaşı, həm rəfiqəsi olan, Gunel  ilə işdən evə qayıdırdılar. Günelin  telefonunda kontur olmadığı üçün, Sevilin  əl telefonuyla öz qohumu olan bir oğlana zəng etdi. O gündən etibarən, bu oğlan Sevilin  hər gün zəng edir, onunla tanış olmaq istəyini qıza bildirir.

 

 Bir gün Sevil  , Günel ilə evə qayıdarkən rəfiqəsinin sözüylə taksiyə mindilər. Maşın sürətlə hansısa rayon yoluna çıxdı. Sevil  hara getdiklərini soruşanda , onlar gülə-gülə “Səni qaçırtmışıq”,dedilər. Sürücü isə elə Günelin  qohumu Anar  imiş. Sevil  nə qədər ağlasa da ,qışqırsa da, Günel  onu sakitləşdirməyə çalışırdı.

 

 Bir neçə saatdan sonra Ucar rayonunda idilər. Sevilin  zorla maşından düşürüb, Anarın  evinə apardılar. Anarın  anası, üç bacısı Sevili  sevinclə qarşıladılar -Bakıdan gəlin gəlib! Bircə Sevil  göz yaşların içində boğulub qalmışdı, nə edəcəyini, anasına nə cavab verəcəyini, dayılarının üzünə necə baxacağını fikirləşirdi…

 

 O gecə Anar  zorla Sevilə  sahib olmuşdu. Sevilin  atası və qardaşı Rusiyada  işlədiyindən, anası və dayısı, xəbəri eşidən kimi, rayona getdilər. Çox uzun mübahisələrdən sonra barışıq oldu, bir aydan sonra isə toy. Sevilin  cehizlərini rayona göndərmişdilər. Toydan çox keçmədi, qaynana və baldızlar Sevil kimi sakit, mülayim, işlərində səliqəli, mehriban adamı yola vermədilər. Anar  anasının hər şikayətinə görə, yoldaşına əl qaldırırdı. Kənd evin, həyət-bacanın ağır işlərini Sevil gördüyü üçün bətnindəki körpəsi dözməyib, tələf olmuşdu. Hətta xəstəxanaya da gec çatdırmışlar.

 

 Sevilin  anası qızının evinə gec-gec gəldiyi üçün, olanlardan bixəbər idi. Anası qızının taleyi ilə maraqlananda , Sevilin  hər şey yaxşı olduğunu söyləyirdi.

 

 Sevilin  atası Anarı Rusiyaya çağırıb, onu işlə təmin etmişdir. Lakin Anarın  özünü orada da doğrulda bilmədi. Anarın  orada düzgün yolda olmadığını başa düşən qardaşı ,bacısının taleyinə biganə qala bilməyib, təcili Sevili  rayondan öz evlərinə gətirir. Anarın  şər və böhtan danışıqlarına görə, Sevili  daha rayona buraxmadılar. Bir neçə müddətdən sonra boşandılar.

 

 Əziz xanımlar, gəlin belə qızların taleyinə biganə qalmayaq, onlara yardım əlimizi uzadaq, məsləhətlər verək, onları yenidən həyata qaytaraq, həyatı sevdirək. Qalan həyatını necə yaşayacağını öyrədək.

 

 Rəfiqə seçəndə saf ürəkli, təmizqəlbli rəfiqə seçək.