Toyların keçirilməsinə icazə veriləcək

“İki doza vurulanlara vaksin sertifikatı veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur”.

XALQ.AZ  xəbər verir ki, bunu Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi toy və s. kütləvi mərasimlərin keçirilməsinə icazə ilə bağlı yaxın zamanlarda əlavə məlumat veriləcəyini əlavə edib.