Toyun xərcini çıxarmaq üçün arvadını satdı

Toy

Türkiyənin Adana şəhərində hər kəsi heyrətə gətirəcək bir hadisə baş verib.

XALQ.AZ xəbər verir ki, 29 yaşlı Murat A. adlı şəxs nigahsız olaraq toy edib evləndiyi 22 yaşlı P.A.-nı toyun xərcini ödəmək üçün zorla fahişəliyə məcbur edib.

Məlumatda deyilir ki, toydan sonra borca düşən Murat A. həmin pulları qaytarmaq üçün çıxış yolunu arvadını başqa kişilərə satmaqda görüb. Və sonuncu dəfə bunu etdikdə polis tərəfindən yaxalanıb. Məsələdən xəbər tutan qızın valideynləri isə oğlanın evinə hücum çəkib. Nəticədə, 4 nəfər yaralanıb.

P.A. polisdə verdiyi ifadəsində bildirib ki, həqiqətən də əri toy üçün borc pul alıbmış. «Ödəməyə çətinlik çəkdiyindən məni fahişəlik etməyə məcbur etdi. Təhdidlə dedi ki, əgər bunu etməsəm, üzümə sulfat turşusu töküb yandıracaq. Mən də qorxdum və onun dediklərini eləməyə başladım».